Akutaqava Rünoske 1892-ci ilin iyulunda Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. Yapon ədəbiyyatının son klassiklərindən hesab olunan Akutaqava Rünoskenin yaradıcılığının əsas mövzusu insanın mənəvi aləmində-psixologiyasında baş verən təbədüllatlar olmuşdur. İnsan şüurunun dərin qatlarına enmək, onun müxtəlif affekt hallarında keçirdiyi hisləri araşdırmaq bu yazıçının əsas yaradıcılıq istiqamətidir. Bundan başqa, Akutaqavanın yaradıcılığında o dövr yapon cəmiyyətinin mövcud problemləri, siyasi və dini mahiyyəti öz əksini tapmışdır. 1920-1923-cü illərdə «Magiya möcüzələri» «Bisey necə inanırdı» «Bir qisasın tarixçəsi» «Susanoo-no-mikoto» «Sussanoo-no-mikoto ahıl çağlarında» «Tanrı Aqni» «Qəribə hekayət» «Xanım Rokunomiya» 1924-1927-ci illərdə «Sanemonun cinayəti» «Məktub parçası» «Momotaro» «At ayaqları» «Ölümündən sonra» «Karmen» «Suadamları ölkəsində» «Tanekonun kədəri» «Yuxu» və s. əsərlərini yazmışdır. Akutaqava Rünoske 1927-ci il iyul ayının 24-də yüksək dozalı yuxu dərmanı içərək özünə qəsd etmişdir. Kitabda Akutaqava Rünoskenin “Qara paltarlı Madonna”, “Ata”, “Başın vurulması haqqında”, “Cəngəllikdə”, “Dişli çarx”, “Qarşılıqsız məhəbbət”, “Qəribə ada”, “Qəribə hadisə” və s novella və hekayələri yer almışdır.
Библиотека электронных книг "Семь Книг" - admin@7books.ru
Оставить комментарий