Makulatura (Чарльз Буковски)

Пожалуйста оцените книгу: УжасноПлохоНормальноХорошоОтлично
Загрузка...
Автор:
Жанр:
Читает книгу:
Издательство:

Kabinetimdə oturmuşdum. İcarə pulunu ödəmək vaxtı çatmışdı. Buna görə də Makkelvi məni köçürməyə çalışırdı. İçəridə nəfəskəsən isti vardı. Kondisioner işləmirdi. Hardansa gəlib stolun üzərinə qonmuş milçək iməkləyə-iməkləyə gəzirdi. Əlimi yelləyib milçəyi ovcumla əzdim. Xatirə qoyub getdiyi cəsəd izlərini balağıma sürtüb təmizlədim. Elə bu anda telefon zırıldadı. Dəstəyi qaldırdım.

– Eşidirəm.

– Lui-Ferdinand Selinin əsərlərini oxumusunuz? – qadın soruşdu. Çılğın səsi vardı. Neçə illər idi, qadınlarla münasibətdə deyildim.

– Hmm-m, – dedim, – Selin…

– Mən Selini axtarıram, – qadın dedi. – O, mənə lazımdır.

Səsinin çılğınlığı ona olan marağımı artırdı.

– Selin? – mən soruşdum. – Onun haqqında nəsə bir məlumat verin. Xanım, susmayın, danışın görüm…

– Şalvarınızın miyançasını bağlayın.

Şalvarıma baxdım.

– Hardan bildiniz qabağı açıqdır? – soruşdum.

– İzahata ehtiyac duymuram. Mənə Selin lazımdır.

– O, ölüb axı…

– Xeyr, ölməyib. Onu tapın. Mənə lazımdır.

– Əgər yalnız meyidinə məxsus sümükləri tapsam, onda necə?

– Ay səfeh, gicləmə, Selin yaşayır.

– Harda yaşayır?

– Hollivudda. Qulağıma çatan məlumatlara görə, Red Koldovskiyə məxsus kitab mağazasının həndəvərində dolaşır.

– Elə isə, özünüz niyə tapmırsınız?

– Həmin adamın Selin olmasına əmin deyiləm. Heç olmasa, bunu bilmək lazımdır.

– Şəhərdə yüzlərlə dedektiv ola-ola, mənə niyə müraciət edirsiniz ki?

– Con Barton məsləhət gördü.

– Hə, Barton, deyirəm axı. Qulaq asın. Pulu qabaqcadan ödəməlisiniz. Sizinlə şəxsən görüşməliyəm.

– Bir neçə dəqiqədən sonra sizdə olacam, – o, dedi.

Dəstəyi asdı. Şalvarımın qabağını bağlayıb, onu gözlədim.

слушать книгу

Оставить комментарий

Your email address will not be published.


*


 

Жанры аудиокниг:

 
Яндекс.Метрика