Haruki Murakami 1949-cu il, yanvarın 12-də Yaponiyanın Kyoto şəhərində anadan olub. Atası bütpərəst keşiş, anası isə ədəbiyyat müəlliməsi olan Haruki gənc yaşlarından ədəbiyyata maraq göstərib. Tokionun Vaseda universitetinin Ədəbiyyat fakültəsini bitirib. urakami ilk əsərini – «Pinbol-1973»-ü 1985-ci ildə qələmə alıb. 1986-1995-ci illərdə ölkəsindən köçərək Avropada, sonra isə Amerika Birləşmiş Ştatlarında yaşayıb. Bu yazıçının adı Ədəbiyyat üzrə Nobel mükafatına ən şanslı namizədlər sırasında bir neçə dəfə çəkilsə də, qazana bilməyib. Bununla belə, Haruki Murakami dünyaca məşhur ona yaxın dəyərli mükafata layiq görülüb. Onun «Küləyin nəğməsini dinlə» «Əyləcsiz möcüzələr ölkəsi və dünyanın sonu» «Norveç meşəsi» «Kafka sahildə» «1Q84» kimi əsərləri uzun müddət ən çox satılan əsərlər siyahısına başçılıq edib.
Библиотека электронных книг "Семь Книг" - admin@7books.ru
Оставить комментарий