Ədəbiyyat dərsliyi. 7-ci sinif ( Коллектив авторов)

Пожалуйста оцените книгу: УжасноПлохоНормальноХорошоОтлично
Загрузка...
Автор:
Жанр:
Читает книгу:
Издательство:

Əziz şagirdlər !

Siz artıq xeyli bədii əsərlə – əfsanə, nağıl, dastan, hekayə və s. ilə tanışsınız. Bu əsərlər insanın həyatı, onun arzu və düşüncələri, hisləri, eləcə də, təbiət, heyvanlar, quşlar aləmi barədə təsəvvürlərinizi daha da zənginləşdirib. Həmin əsərləri oxuduqca doğma vətənimiz haqqında, xalqımızın taleyi və mənəvi dəyərləri barədə məlumatınız genişlənib.

Aşağı siniflərdə, həmçinin bədii əsərlərin oxusu, təhlili, qiymətləndirilməsi ilə bağlı bacarıqlara yiyələnmişsiniz. Siz bədii əsərləri müxtəlif formalarda oxumağı öyrənmişsiniz. Onların məzmununu yığcam, geniş və yaradıcı nağıl etməkdə çətinlik çəkmirsiniz. Bu və ya digər əsərin janrını, mövzusunu, ondakı başlıca fikri – ideyanı, qəhrəmanların xarakterində ki mühüm cəhətləri, epitet, bənzətmə, mübaliğə, bədii sual kimi təsvir və ifadə vasitələrini müstəqil müəyyənləşdirmək bacarığına da yiyələnmişsiniz. Müxtəlif mövzularda yığcam inşa, esse yazmaq da artıq sizin üçün çətin deyildir. Bu bacarıqlarınızı VII sinifdə daha da dərinləşdirəcək, bədii əsərin təhlili, ondakı mühüm problemin aydınlaşdırılması və s. bağlı yeni bacarıqlara yiyələnəcəksiniz. Eləcə də yeni janrlar, bədii təsvir və ifadə vasitələri il tanış olacaq, onların dəyərləndirilməsi üzrə zəruri bacarıqlar qazanacaqsınız.

Bunun üçün əvvəlki siniflərdə olduğu kimi, bədii ədəbiyyatın mühüm mövzuları üzrə yazılmış əsərləri oxuyacaq, araşdıracaq, onlara münasibət bildirəcəksiniz. Vətən, təbiət, xalqımıza xas olan mənəvi dəyərlər, yaşıdlarınızın həyatı, taleyi və s. mövzularda olan bu əsərlər əvvəl öyrəndiklərinizdən məzmunca fərqlənir. İndi digər sənətkarların həmin mövzulara necə münasibət bəslədiklərini aydınlaşdıracaq, öyrəndikləriniz barədə öz fikir və mülahizələrinizi bildirəcəksiniz. Səməd Vurğun, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev və digər qüdrətli sənətkarların bədii fikir və düşüncələri ilə tanış olacaq, onların həmsöhbətinə çevriləcəksiniz.

слушать книгу

Оставить комментарий

Your email address will not be published.


*


 

Жанры аудиокниг:

 
Яндекс.Метрика