Ancaq səmimi, dürüst insan olsan, özün olmağa inad etsən, hamı tərəfindən lənətlənərsən. Hamı tərəfindən lənətlənmiş biri olmaq üçün gərək böyük cəsarətin ola. Təkcə ayaqüstdə durub «Hamı kimi olmayacağam? yaxşı yaxud pis, qəbul ediləcək yaxud əksinə, hörmətli yaxud hörmətsiz, necə olsam da, özüm olacağım, başqa kimsə olmayacağım məsələsidir.» -deyə bilmək üçün gərək skeleti dəmirdən olan bir insan olasan. Bu, həyata qarşı son dərəcə üsyankar yanaşmadır. Bu, səfalət bataqlığından çıxmaq istəyən hər bir fərdin ehtiyac duyduğu əsas üsyandır.
Библиотека электронных книг "Семь Книг" - admin@7books.ru
Оставить комментарий