Norveçli alim Tur Heyerdalın 1947-ci ildə 5 yoldaşı ilə birlikdə balsa ağaclarından hazırlanmış sal üzərində Cənubi Amerika sahillərindən yola çıxaraq 8000 km məsafədə yerləşən Polineziya adalarına varması elm adına yapılmış qeyri-adi qəhrəmanlıq nümunəsidir. 20 illik bir aradan sonra Tur Heyerdal yeni bir qəhrəmanlığa imza atmağa qərara alır. O, 7 nəfərdən ibarət uluslararası bir komanda ilə papirusdan hazırlanmış “Ra” adlı gəmidə Atlantik okeanında 5000 km məsafə qət edərək Kolumbdan çox-çox öncələr də qədim insanların Amerika sahillərinə gəlmiş olduqlarını sübuta yetirdi. Papirus qayıqla gerçəkləşdirilmiş bu cəsarətli səfər Tur Heyerdalın elm sahəsindəki böyük qələbəsi idi.
Библиотека электронных книг "Семь Книг" - admin@7books.ru
Оставить комментарий