Tarixi romanlar müəllifi, tanınmış türkoloq alim Yunus Oğuzun “Əmir Teymur-Dünyanın hakimi” kitabında sərkərdə, dövlət başçısı, ictimai xadim, dövrünün dünyaya səs salan hökmdarı Əmir Teymur haqqında iki cildliyin ikincisidir. Mütaliə boyu sizi hadisələrin gedişinə uyğun həyəcanlı saatlar gözləyir.
Yunus Oğuz əsər üzərindəki işi, 33 illik hakimiyyəti dövründə bir yürüşü belə uduzmayan Əmir Teymurun şücaəti və qəhrəmanlığı haqqında söhbət açıb: «„Mənə Əmir Teymuru psixoloji nöqteyi-nəzərdən göstərmək daha maraqlı idi. Belə ki, onun şəxsiyyəti hələ tam öyrənilməyib. Mən istədim ki, oxucular Əmir Teymuru təkcə böyük sərkərdə və „„dünyanın hakimi““ deyil, eyni zamanda, dərin ağıla, böyük iradəyə, ziddiyyətli xarakterə, güclü sevgi və nifrət hissinə malik şəxsiyyət kimi görsünlər“».
Библиотека электронных книг "Семь Книг" - admin@7books.ru
Оставить комментарий