Qarabağ, onun timsalında bütöv Vətən, doğma diyarın azadlığı böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığından qırmızı xəttlə keçir. Ədibin 1937-ci ildə qələmə aldığı və ilk dəfə 1964-cü ildə «Qan içində» adı ilə işıq üzü görən «iki od arasında» romanı da məhz bu mövzudadır. Vətəni dərin məhebbətlə sevən Y.V.Çəmənzəminli Qarabağ xanlığının tarixindən bəhs edən əsərini təsadüfən «iki od arasında» adlandırmamışdır, Bununla o, xalqını iki böyük qonşu dövlətlərin – Rusiya ilə iranın məngənəsində qaldığına, bundan ciddi ziyan çəkdiyinə işarə etmişdir.
Romanın əsas qəhrəmanlarından biri böyük söz ustadı M.P.Vaqifdir. Lakin müəllif M.P.Vaqifi yalnız gözellikdən ilham alan şair kimi səciyyələndirməmiş, həm də onun eşikağası vəzifəsində xanlıqda mühüm mövqe tutan mahir bir siyasətçi, diplomat obrazını yaratmışdır.
Библиотека электронных книг "Семь Книг" - admin@7books.ru
Оставить комментарий