“Sirli ada” qasırğa nəticəsində qəzaya uğrayıb Sakit okeanın kimsəsiz bir adasına düşən 5 nəfərin yaşamaq uğrunda mübarizəsindən bəhs edir. Yazıçının kolonistlər adlandırdığı bu insanlar adadakı həyatlarından razıdırlar. Bu azad insanlar (azad yaşamağa layiq insanlar) Riçmondda quldarların əhatəsində qalmaqdansa adada yaşamağı üstün tuturlar. Bu isə Amerikada vətandaş müharibəsinin böyük dəhşətlərindən xəbər verirdi.Həmin namuslu insanlar vəhşi təbiəti ram edib, adanı sivil ölkələrin kəndlərindən birinə çevirirlər. Təsadüfən Herbertin cibindən tapılan bir buğda dənəsindən yüz kiloqramlarla taxıl yetişdirirlər. Adada xariqələr yarada-yarada vətənə qayıtmaq ümidlərini bir an olsa belə itirmirlər. Lakin həyat həmişə uğur gətirmir, nə vaxtsa verdiklərini geri alır. Piratların adaya gəlişi onları məyus edir, amma ruhdan sala bilmir. Min əziyyətlə abad etdikləri adanı onların əlindən almağa çalışan piratlara qarşı mübarizə aparırlar. Çox işdə olduğu kimi, bu işdə də adanın sirli hamisi onların köməyinə gəlir, piratları məhv edir…
Библиотека электронных книг "Семь Книг" - admin@7books.ru
Оставить комментарий