Hadisələr XXI əsrin ilk illərində baş verir. Bakı Dövlət Universitetinin tələbəsi olan Mustafanın eşqi “uğursuzluq zolağı”ndan çıxa bilmir. Eşqdən sonra qurşandığı mütaliə onu sosializmə aparır. Amma bu yolda çox əzablar çəkəcək, çox məhrumiyyətlər görəcəkdi. İstedadlı bir gəncin
[...]
“Bələdçi” romanının əsas qəhrəmanı Rüstəm çox gəncdir. Əsgərlikdən təzə qayıdıb. Yaxşı oxusa da arzuladığı instituta qəbul olunmayıb. Elə buna görə də, kənd arasına çıxmağa utanır, hamıdan qaçır. Gözlənilmədən yük vaqonu bələdçisi işləyən qohumu Nuruşdan ona qoşulmaq təklifi alır.
[...]
“Geriyə baxma, qoca” romanında əks olunan estetik qayə “Üçatılan” povestində daha aydın və sərrast ifadəsini tapır. “Üçatılan”da feodal-patriarxal münasibətlərin hakim olduğu zamanın və sovet hökumətinin ilk illəri yox, sinfi mübarizənin şiddətləndiyi və kollektivləşmə hərəkatının başladığı
[...]
Qumarbaz (rus. Игрок) – Fyodor Dostoyevskinin gənclik illərini, dramatik eşq və qumar ehtirasını ən çılpaq halı ilə qələmə aldığı əsərlərindən biri. İlk böyük romanı olan və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanan «Cinayət və cəza»dan sonra nəşriyyat ilə imzaladığı müqaviləyə
[...]
Vaqif – Səməd Vurğunun Molla Pənah Vaqifə həsr edərək 1937-ci ildə yazdığı mənzum dramdır. Bu əsər S.Vurğunun yaradıcılığının zirvəsidir. Dram heca vəznində yazılmışdır və tarixi mövzudadır. «„Vaqif“» ədəbiyyatımızda əsası ilk dəfə Cəfər Cabbarlı tərəfindən qoyulmuş tarixi qəhrəmanlıq
[...]
“Yeni” ilə «köhnə» – yəni çadranı atmaq və ya çadranı örtmək C.Cabbarlının «Sevil» əsərində ictimai ziddiyyət kimi qarşılaşdırıldığı üçün C.Cabbarlı «Sevil» əsərində bu problemdən çox gözəl istifadə etmişdir. C.Cabbarlı cəmiyyətin əsası olan ailədə bu qarşılaşmanı çox bariz
[...]
Hüseyn Cavid 1935-ci ildə yenə Şərq klassik poeziyasının dahilərindən birinə müraciət edib. Bu dəfə o, mütəfəkkir fars şairi Ömər Xəyyamın həyatına müraciət edərək “Xəyyam” adlı dramını yazıb. Dram 1935-ci ildə keçirilən pyeslər müsabiqəsində üçüncü mükafata layiq görülüb. Filosof mütəfəkkir
[...]
Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya Nəriman Nərimanovun adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O,
[...]
Əgər sən yaxın olmağa hazırsansa, qarşındakının da yaxın olmasına yol aça bilərsən. Sənin açıqlığın onun açıq olmağını asanlaşdırar. Sənin təbiiliyin, onun təbiiliyinə, məsumluğuna, güvəninə, sevgisinə, açıqlığına izn verir. Sən olmasan, bu bəşəriyyətin şeirində, gözəlliyində bir şey əskik
[...]